Ru
22:31 / 05 May 2026

Belarus Ermənistana nota verdi - Təcili

Belarus Ermənistana nota verdi - Təcili
Eye

Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sərkisyanı bu gün Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

“Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Belarusu Rusiyanın əyaləti adlandırmış və Ermənistanın bu cür əyalət kimi idarə olunmayacağını bəyan etmişdi. Belarus hakimiyyəti buna öz etirazını bildirmişdi.

Xatırladaq ki, Belarus və Ermənistan Aİİ və KTMT-də təmsil olunsalar da, münasibətlərində gərginlik yaşanır. Hətta Ermənistan öz səfirini geri çağırıb və diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsindədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar