Nazir müavini Anar Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada keçirilən Avropa Sosial Hüquqlar üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.
Bakupost.az xəbər verir ki, o, konfransın “Əməyin gələcəyi: Yeni istiqamətlərin müəyyən edilməsi” adlı sessiyasında çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə aparılan sosial islahatların uğurları barədə məlumat verib.
Səfər çərçivəsində Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru xanım Yelena Tsıbırne, Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin Baş katibi Dumitru Pislaru ilə görüşlərdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.