Ru
20:44 / 19 Mart 2026

İran ABŞ-nin "F-35" qırıcısını vurdu

İran ABŞ-nin "F-35" qırıcısını vurdu
Eye

ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil "F-35" qırıcısı İranın Hava Hücumundan Müdafiə qüvvələrinin atəşinə məruz qaldıqdan sonra döyüş tapşırığını yarımçıq qoyaraq Yaxın Şərqdəki hərbi bazalardan birinə təcili eniş etməyə məcbur olub.

Bakupost.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb

ABŞ-nin Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins pilotun təcili eniş etməyə məcbur olduğunu təsdiqləyib.

Telekanalın qeyd etdiyinə görə, bu hadisə genişmiqyaslı döyüş əməliyyatları başlayandan bəri ABŞ təyyarəsinin İran atəşi ilə vurulduğu ilk təsdiqlənmiş haldır.

Qeyd edək ki, bir ədəd "F-35" qırıcısının dəyəri 100 milyon dollardan çoxdur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar