İran öz energetika infrastrukturuna endirilən zərbələrə cavab olaraq, İsrailin Hayfa şəhərində yerləşən strateji obyektlərə hücum təşkil edib.
Bakupost.az SNN telekanalına istinadən xəbər verir ki, zərbələr nəticəsində şəhərdəki elektrik stansiyası və neft emalı zavodu hədəf alınıb.
Telekanalın iddiasına əsasən, hücumdan sonra sözügedən hər iki obyektdə güclü yanğın başlayıb.