Ru
18:53 / 19 Mart 2026

Dövlət qulluğunda yeni maaş qaydaları: islahatlar nə vəd edir?

Dövlət qulluğunda yeni maaş qaydaları: islahatlar nə vəd edir?
Eye

Dövlət qulluğunda əməkhaqqı sistemi ilə bağlı aparılan dəyişikliklər əmək bazarında baş verən yeni reallıqlarla birbaşa əlaqələndirilir. Əlavələrin ləğv edilərək maaşın baza hissəsinə daxil edilməsi bu sahədə daha çevik və dayanıqlı mexanizmin formalaşmasına xidmət edir.

Bakupost.az xəbər verir ki, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Musavat.com-a açıqlamasında bu addımın dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:

“Dövlət qulluğunda müxtəlif əlavələrin maaşın tərkibinə inteqrasiyası ümumilikdə əməkhaqqı siyasətinin daha effektiv qurulmasına xidmət edir. Hazırda əmək bazarında yaranan çağırışları nəzərə alsaq, bu qərarın qəbulunu xüsusi qeyd etmək lazımdır”.

Ekspert vurğulayıb ki, əmək bazarında proseslər kifayət qədər sürətlə dəyişir və bu dəyişikliklər dövlət sektorundan da adekvat reaksiyalar tələb edir: “Bir çox sahələrdə özəl sektor daha yüksək əməkhaqqı təklif edir. Bu isə dövlət qulluğunda əməkhaqqı yanaşmalarının yenilənməsini zəruri edir”.

Onun sözlərinə görə, yeni model dövlət qulluğunu daha cəlbedici edə bilər: “Hesab edirəm ki, tətbiq edilən yeniliklər nəticəsində daha çox gənc və peşəkar mütəxəssisin dövlət sektoruna marağı artacaq. Bu isə həm idarəetmənin keyfiyyətinə, həm də ümumi səmərəliliyə müsbət təsir göstərəcək”.


Qeyd edək ki, son dəyişikliklərə əsasən dövlət qulluğunda mövcud olan mükafat sistemi, staja və vəzifə səlahiyyətlərinə görə verilən müxtəlif əlavələr, eləcə də müalicə müavinətləri ləğv olunur. Həmin ödənişlər artıq vəzifə maaşının baza hissəsinə daxil edilir.

Sadə dillə ifadə etsək, əvvəlki dövrdə tətbiq olunan çoxsaylı əlavə və bonus mexanizmləri aradan qaldırılaraq vahid əməkhaqqı sistemi formalaşdırılır. Bu isə beynəlxalq təcrübəyə uyğun olaraq daha şəffaf, daha sabit və nəticəyönümlü maaş modelinin tətbiqi deməkdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar