Ru
10:56 / 27 Sentyabr 2025

Bir müddət öncə toyu olan gənc faciəli şəkildə öldü - VİDEO

Bir müddət öncə toyu olan gənc faciəli şəkildə öldü - VİDEO
Eye

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda qəza baş verib.

Bakupost.az xəbər verir ki, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi VAZ-21011 markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb.

Ceyhun Yusifovun bu yaxınlarda toyu olubmuş.

Avtomobildə olan sərnişin - 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar