Ru
10:39 / 27 Sentyabr 2025

Rusiya Şahlar Novruzova qarşı iddia qaldırdı

Rusiya Şahlar Novruzova qarşı iddia qaldırdı
Eye

Rusiya Baş Prokurorluğu Tuapse kommersiya limanının sahibi və keçmiş benefisiarlarına qarşı iddia qaldırıb.

Bakupost.az lent.az-a istinadən xəbər verir ki, cavabdehlər sırasında Kubandakı Azərbaycan diasporunun nümayəndəsi, Tuapsedəki yükləmə terminalının və “Stary Baku” (“Köhnə Bakı”) restoranının sahibi Şahlar Novruzov, həmçinin Britaniya Virgin Adalarında qeydiyyatdan keçmiş “Voniksel Limited” şirkəti yer alır.

Bu şirkət “Tuapse Dəniz Kommersiya Limanı” MMC-nin 100%-lik təsisçisidir və liman da cavabdehlər siyahısındadır.

Qeyd edək ki, 1 sentyabrda Krasnodar məhkəməsi Ş.Novruzov barəsində həbs qətimkan tədbiri seçib. 60 yaşlı Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bildirilib ki, o, özgə aktivlərini qanunsuz ələ keçirmək məqsədilə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsini Prikubanski rayon məhkəməsinə təqdim edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar