Ru
09:20 / 27 Sentyabr 2025

Arvadı ilə dalaşıb qayınatasını öldürdü

Arvadı ilə dalaşıb qayınatasını öldürdü
Eye

Sentyabrın 25-də Xaçmaz rayonunun Mürşüdoba kəndində qətl hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə zamanı Xudat şəhər sakini, 1973-cü il təvəllüdlü İlham Hüseynov öldürülüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən müəyyən edilib ki, ölüm faktı mübahisə zəminində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Orxan Hacıbəlyev qayınatası İlham Hüseynovun sinə nahiyəsinə yumruq zərbəsi endirib. Aldığı xəsarət nəticəsində ürək əməliyyatı keçirmiş İ.Hüseynov hadisə yerində ölüb.

O.Hacıbəlyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar