Ru
23:11 / 26 Sentyabr 2025

Orta əsrlərdə insanlar niyə pomidordan ölürdülər?

Orta əsrlərdə insanlar niyə pomidordan ölürdülər?
Eye

XVI–XVII əsrlərdə Avropada zadəganların və varlıların nahardan sonra müəmmalı ölüm alları tez-tez baş verirdi. Həmin vaxt süfrədə pomidor olduğu üçün uzun müddət ondan uzaqlaşmağa başladılar. Əslində isə problem pomidorda deyildi.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, o vaxtlar zadəganların istifadə etdiyi qalay və qurğuşun tərkibli boşqablar pomidorun turşusu ilə reaksiya verirdi və nəticədə qurğuşun yeməyə keçirdi. Bu isə ağır zəhərlənmə ilə nəticələnirdi. Kimyəvi proses o dövrdə məlum olmadığından, günahkar kimi pomidoru görürdülər.

Müasir elmi araşdırmalar göstərir ki, pomidorun tərkibində solanin və tomatin adlı təbii qoruyucu maddələr olsa da, onların miqdarı insan üçün zərərli deyil.

Yaşıl, yəni tam yetişməmiş pomidorlarda bu maddələr bir qədər çox olur, lakin böyüklər üçün təhlükəli sayılacaq miqdarı almaq üçün bir dəfəyə onlarla iri yaşıl pomidor yemək lazımdır. Əks halda, insan sadəcə mədə narahatlığı və ürəkbulanma hiss edər. Qırmızı, yetişmiş pomidorlarda isə risk demək olar ki, sıfırdır.

Pomidorun Avropaya gəlişi
Pomidorun vətəni Amerikadır. Kolumbdan xeyli əvvəl yerli xalqlar bu tərəvəzi yeyiblər. Avropaya pomidor XVI əsrdə gətirilib və əvvəlcə yalnız dekorativ bitki kimi əkilib. Yalnız XVII–XVIII əsrlərdə yavaş-yavaş yeməklərə daxil olmağa başlayıb.

XIX əsrdə isə elm və qidalanma haqqında biliklərin artması ilə pomidora qarşı olan qorxu tamamilə yox olub və bu bitki Avropa mətbəxinin əvəzolunmaz hissəsinə çevrilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar