Ru
22:12 / 26 Sentyabr 2025

Rusiya Britaniyaya qarşı sanksiya tətbiq etdi: Sərt cavab veriləcək!

Rusiya Britaniyaya qarşı sanksiya tətbiq etdi: Sərt cavab veriləcək!
Eye

Rusiya Britaniyanın siyasi isteblişmenti və “ekspert” icmasının xadimlərinə qarşı sanksiyalar tətbiq edib.


Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Siyahıya Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müdafiə edən və Londonun Rusiyaya qarşı təxribat fəaliyyəti ilə məşğul olan, o cümlədən anti-Rusiya materiallarının hazırlanması və ölkəmiz haqqında psevdoekspert rəylərinin yayılması ilə məşğul olan şəxslər daxildir”, - bəyanatda deyilir.


Bundan əlavə, Xəzinədarlıq yanında Maliyyə Sanksiyalarının İcrası İdarəsinin bir sıra məmurlarına da sanksiya qoyulub.

Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Londonun Rusiyanı nüfuzdan salmaq və ya “təcrid etmək” cəhdlərinə qəti və sərt cavab veriləcək.


Nazirlik Böyük Britaniyanın “Avropada və dünyada gərginliyi artıran dağıdıcı siyasətinə” istinad edərək, Rusiyanın stop-listinin genişləndirilməsi üzrə işlərin davam etdiriləcəyini əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar