Ru
21:11 / 26 Sentyabr 2025

İran dağın altında gizli obyekt İNŞA EDİR

İran dağın altında gizli obyekt İNŞA EDİR
Eye

İran son aylarda ölkənin mərkəzində, İsfahan vilayətində yerləşən Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post” peykdən çəkilmiş görüntülərə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, “məqsədi məlum olmayan” obyektin inşası ABŞ-ın İranın üç nüvə obyektinə endirdiyi zərbələrdən sonra daha da sürətlənib.

Məlumata görə, həmin obyektlərdən biri Natanzda, Kolanq dağının yaxınlığında yerləşir.

“The Washington Post” qeyd edir ki, burada tikinti işləri 2020-ci ildən davam edir.

Qəzetin məlumatına əsasən, İran rəsmiləri əvvəllər bu obyektin uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalında istifadə oluna biləcəyini açıqlamışdılar. Lakin ekspertlər hesab edirlər ki, həmin qurğu birbaşa uranın zənginləşdirilməsi və ya saxlanması məqsədilə də istifadə oluna bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar