ABŞ Prezidenti Donald Trampın jurnalistin Azərbaycan və Ermənistanla bağlı sualına cavabı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bakupost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı qeydə alınan görüntülər Teleqram kanallarında paylaşılıb.
Belə ki, jurnalist Trampa "Bir neçə ay əvvəl siz Əliyev və Paşinyanla görüşmüşdünüz", - deyib.
Tramp isə ifadəni anlamayaraq, "kim, harada?", - deyə soruşub:
"-Azərbaycan Prezidenti Əliyev və Ermənistan Baş naziri Paşinyanla görüşmüşdünüz. Hazırkı vəziyyətlə bağlı nə deyə bilərsiniz?
- Mən heç nə deyə bilmərəm", - Tramp dialoqu yekunlaşdırıb.