Ru
13:08 / 19 Oktyabr 2021

Birinci sinif şagirdi koronavirusdan ölməyib - TƏBİB

2543
Xəbər verdiyimiz kimi, Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam köçkün tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyev dünyasını dəyişib.

R.Quliyevin koronavirusa yoluxduğu barədə xəbər yayılıb.

Təhsil aldığı məktəbin rəhbərliyi isə buna rəsmi münasibət bildirməyib.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən Musavat.com-a şagirdin koronavirusdan vəfat etmədiyi bildirilib.

“K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutundan bildirilib ki, Renat Quliyev MisC xəstəliyindən vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər