Ru
09:12 / 14 Noyabr 2025

“Bitcoin” – bir dövrün sonumu? – Kriptovalyuta kritik həddə doğru enir

“Bitcoin” – bir dövrün sonumu? – Kriptovalyuta kritik həddə doğru enir
Eye

“Bitcoin” dəyər itirməkdə davam edir. Risk qorxusunun artması və texnologiya şirkətlərinin səhmlərindəki satışların təsiri nəticəsində 100 min dollar səviyyəsinin altına düşən kriptovalyuta nəhənginin qiyməti daha da enməkdədir.

Bakupost.az xəbər verir ki, rəqəmsal aktiv bu gün səhər 3,9%-dək ucuzlaşaraq 97 956 dollara qədər düşüb. Bununla da oktyabrın əvvəlindən bəri kriptovalyuta bazardan 450 milyard dollardan çox itki yaşanıb.

Qlobal bazarlardakı zəifliyin əsas səbəbi kimi ilin əvvəlində qiymət artımını dəstəkləyən əsas oyunçuların – böyük investisiya fondlarının, kriptovalyuta alıcıların geri çəkilməsi göstərilir. Başqa bir məqam isə şirkət balanslarında kripto aktivlərinin artırılmasının dayandırılması ilə əlaqələndirilir. Bu isə kripto bazarında yeni bir həssaslıq dövrünün başladığını göstərir.

“10x Research” analitikləri zəifləmiş fondlar, investorların davam edən uzunmüddətli satışları və fərdi investorların aşağı tələbi səbəbilə kripto bazarının eniş trendinə girdiyini bildirirlər. Qurumun qiymətləndirməsinə görə, “Bitcoin”də növbəti kritik səviyyə 93 min dollardır.

Cavid, BakuPost

Şərhlər
  • B.Kolxozdar

    Bəzi bankirlər qısqanclıqla daha asan sayımlı dövləti-ödənişli pul nişanlarını buraxmır, uzaq özbaşına sələfləri isə özbaşına hansısa hesabatsızlar üçün dövlət valyutasını aşağı salan, lotereya kağızlarından da gərəksiz kripto, skripto, ya digər de fakto və rəsmən heç bir dəyəri olmayacaq, hansısa kütlə qrupunu azdırıb-aldadacaq nişanlar buraxırlar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar