2026-cı ilin yanvar ayının nəticələrinə görə, bitkoinin son yeddi ildə ən uzun enişi qeydə alınıb.
Bakupost.az xəbər verir ki, kriptovalyuta artıq beşinci aydır ucuzlaşmaqda davam edir.
“Binance”in məlumatına görə, bitkoin 1 fevralda bitən ticarət ayını yanvar ayının əvvəlindəki səviyyədən 10%-dən çox azalma ilə (78.741 dollar) tamamlayıb.
Bu, 2024-cü ilin noyabr ayından bəri ən aşağı aylıq bağlanışdır.
2 fevral tarixinə olan məlumata görə, bitkoinin dəyəri 75.000 dollardır.
Asena,
BakuPost