Ru
16:58 / 03 Fevral 2026

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - 40 villa aldığı deyilən sabiq icra başçısının oğlu

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - 40 villa aldığı deyilən sabiq icra başçısının oğlu
Eye

Azərbaycanlı biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb. O bildirib ki, Rumıniyanın "Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib.

Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, azərbaycanlı biznesmen Umid Abuzərli ilə əlaqə saxlayıb.

Biznesmen saytımıza açıqlamasında bildirib ki, iddialar əsassızdır.

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar