Ru
11:42 / 11 Sentyabr 2025

BMT TŞ-nin Rusiyaya görə təcili iclası çağırıldı

BMT TŞ-nin Rusiyaya görə təcili iclası çağırıldı
Eye

Polşanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Polşa XİN “X” hesabında paylaşıb.

Bildirilib ki, təcili iclas Polşanın hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasına görə çağırılıb.

Xatırladaq ki, ötən gecə bir neçə pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olub. Ölkənin Baş naziri Donald Tusk həmin dronların Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Polşanın hava məkanına daxil olan 19 drondan 3-ü zərərsizləşdirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar