İspaniyanın "Atletiko Madrid" klubu "Qalatasaray"da çıxış edən Yunus Akgünü heyətinə cəlb etmək istəyir.
Bakupost.az "SporX"ə istinadən xəbər verir ki, İspaniya klubu skautlarını Türkiyəyə göndərmək qərarına gəlib.
"Atletiko Madrid" rəsmiləri futbolçunun performansını bəyənəcəkləri və transfer etmək istəyəcəkləri təqdirdə 14 milyon avro ödəməli olacaqlar.
Qeyd edək ki, 25 yaşlı futbolçunun "Qalatasaray"la müqavilə müddəti 2029-cu ildə başa çatacaq.