Ru
11:05 / 11 Sentyabr 2025

Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani

Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
Eye

"Qətər İsrailin Baş nazirini məsuliyyətə cəlb etmək və onun məsuliyyətsiz hərəkətlərinə son qoymaq üçün tərəfdaşları ilə birlikdə hərəkət edəcək."


Bakupost.az xəbər verir ki, bunu Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani deyib.

O həmçinin vurğulayıb ki, Qətər Trampın İsrailin Doha ilə bağlı hücumlarına dair fikirlərini yüksək qiymətləndirir və ciddi addımlar atmağın vaxtı çatdığını hesab edir.

Baş nazir əlavə edib ki, ölkəsi İsraildən gələn təhdidlərin qarşısını almaq üçün region ölkələrindən real reaksiya gözləyir.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar