Ru
10:53 / 03 Mart 2026

“Boğazdan keçən hər kəsi batıracağıq” – SEPAH-dan Hörmüz hədəsi

“Boğazdan keçən hər kəsi batıracağıq” – SEPAH-dan Hörmüz hədəsi
Eye

İran İslam Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının müşaviri İbrahim Cabbari Hörmüz boğazının bağlandığını və keçmək istəyən gəmilərə qarşı müdaxilə ediləcəyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, Cabbari İran dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüzdə hərəkəti dayandırılıb və boğazdan keçməyə çalışan hər bir gəmi hücum obyekti olacaq:

“Hörmüz boğazı bağlıdır. Keçməyə çalışan hər bir gəmiyə hücum edəcəyik və onları yandıracağıq və batıracağıq. Gəmilər SEPAH donanması və quru qoşunlarını tərəfindən məhv ediləcək. Bu bölgəyə gəlməyin. Neftin qiyməti 82 dollara çatıb və dünya minimum 200 dollar gözləyir. Eyni zamanda, neft boru kəmərlərinə də hücum edəcəyik və bölgədən tək bir damla neftin belə çıxmasına icazə verməyəcəyik”.

Bu açıqlama regionda gərginliyi daha da artırıb və beynəlxalq dəniz ticarətinə ciddi təsir göstərə biləcək bir vəziyyət yaradıb. Hörmüz Boğazı dünya neft ticarətinin kritik marşrutlarından biri olduğu üçün, bu blokada qlobal bazarlarda neft qiymətlərində ani dalğalanmalara səbəb ola bilər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar