Ru
18:42 / 13 Dekabr 2025

19 yaşlı boksçumuz erməniyə qalib gələrək, dünya çempionu oldu

19 yaşlı boksçumuz erməniyə qalib gələrək, dünya çempionu oldu
Eye

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kiloqram) dünya çempionu olub.

Bakupost.az xəbər verir ki, milli komandanın 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.

Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.

Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) mundialda 3-cü yeri tutublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar