Ru
15:54 / 16 Yanvar 2026

“Bomba var” – THY təyyarəsi təcili eniş etdi

“Bomba var” – THY təyyarəsi təcili eniş etdi
Eye

Türk Hava Yollarına (THY) məxsus İstanbul-Barselona (TK1853) reysi uçan təyyarə təhlükəsizlik səbəbilə “Barcelona-El Prat” aeroportuna endirilib.

Bakupost.az İspaniya mediasına istinadən xəbər verir ki, bomba təhdidi elanına görə təhlükəsizlik prosedurları işə salınıb və İstanbula uçan təyyarə Barselona hava limanına qaytarılıb.

Hadisə zamanı ənənəvi “bomba xəbərdarlığı” verilməyib. Təlaşa səbəb uçuş zamanı bir sərnişinin kabinədə qurduğu “WiFi” şəbəkəsinin adı “bomba var” mənasını verən ifadə olub. Bu, heyət və sərnişinlərdə ani panika yaradıb və standart təhlükəsizlik protokollarının tətbiqinə səbəb olub. Bu zaman İspaniya və Fransa hava məkanından hər iki ölkənin hərbi təyyarələri THY təyyarəsini müşayiət edib.

Təhlükəsizlik zonasına enən təyyarənin sərnişinləri təxliyə edilib, daha sonra isə təftiş aparılıb. Yoxlamalar nəticəsində heç bir təhlükəli və ya şübhəli əşya tapılmayıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar