Ru
16:49 / 05 Dekabr 2025

BP şirkəti Bakı-Ceyhan kəmərinin operatorluğundan çıxır –AÇIQLAMA

BP şirkəti Bakı-Ceyhan kəmərinin operatorluğundan çıxır –AÇIQLAMA
Eye

BP şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media” nəşrinə məlumat verilib.

Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır. Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyalarının “SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.

Gürcüstandan keçən iki boru kəmərinin istismarından çıxmasından baxmayaraq, BP BTC və CQNK-nin səhmdarı olaraq qalır. Şirkət BTC səhmlərinin 30,1%-nə, CQBK səhmlərinin isə 29,99%-nə sahibdir.

Operator funksiyalarının ötürülməsi prosesinin başa çatdırılması müvafiq sazişin əldə olunacağı təqdirdə, 2026-cı ilin birinci yarısının sonuna planlaşdırılıb.

Qeyd olunub ki, operator rolunun ötürülməsi Səngəçal terminalına şamil edilmir. Müvafiq tərəflərə operator funksiyasının təhvil verilməsindən sonra BP “Azəri-Çıraq-Günəşli”, “Şah Dəniz” layihələri və Səngaçal terminalının operatoru rolunu özündə saxlayacaq, BTC və CQBK layihələrində səhmdar qismində iştirakını davam etdirəcək.

Gürcüstanda operator rolunun ötürülməsindən sonra BP müəyyən vaxt tələb edəcək qiymətləndirmə aparacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar