Ru
11:00 / 16 May 2026

Bu ərazidə ev tikmisinizsə, söküləcək

Bu ərazidə ev tikmisinizsə, söküləcək
Eye

Vaxtı ilə kollektorun üzərində tikilmiş evlərin sökülməsi nəzərdə tutulub...


Bakupost.az Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu NZS qəsəbəsində bir evin çökməsi ilə nəticələnən hadisədən sonra Əlincə və Rəşid Bağırov küçələrində araşdırmalar aparılıb. Sakinlər deyirlər ki, həmin küçələrdə su kollektorunun üzərində olan 30-dan çox evin sökülməsi ilə bağlı bildiriş alıblar.

Sakinlər bildirirlər ki, həmin evlər uzun illər əvvəl kollektorun üzərində tikilib. Hətta, bəziləri evi son illərdə aldıqlarını və bundan xəbərsiz olduqlarını deyirlər.

Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirildi ki, hazırda aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır və yekun qərar araşdırmanın nəticəsindən sonra məlum olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar