Ru
19:57 / 08 İyul 2026

Bu istiqamətində dəmiryol qatarlarının hərəkəti MƏHDUDLAŞDIRILDI - SƏBƏB

Bu istiqamətində dəmiryol qatarlarının hərəkəti MƏHDUDLAŞDIRILDI  - SƏBƏB
Eye

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

"Bakupost" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb. Bu gündən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq, iyulun 8-dən 20-dək Bakı-Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə səfərə Qax stansiyasından başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əks istiqamətdə çatdırılması üçün ödənişsiz avtobuslar təşkil ediləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar