Ru
11:30 / 16 Yanvar 2026

Bu şəxslər metroda əlavə pul ödəyəcək

Bu şəxslər metroda əlavə pul ödəyəcək
Eye

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.


Bakupost.az Metbuat.az -a istinadla xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar