Ru
10:39 / 04 May 2026

Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR

Bu şəxslərin pensiyası ikiqat artacaq! - ŞAD XƏBƏR
Eye

“Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu proses 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib”.


Bakupost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.


Deputat deyib ki, bu il işləyən pensiyaçıları daha fərqli və sərfəli mexanizm gözləyir. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxslərin pensiyası sonradan topladıqları kapital əsasında 6 ildən sonra yenidən hesablanır.


Deputat izah edib ki, bu zaman vətəndaşın fərdi hesabında toplanan məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır və həmin məbləğ 72-yə bölünərək pensiyaya əlavə olunur. Bu isə ciddi artım deməkdir.


Vüqar Bayramov vurğulayıb ki, 2026-cı ildə işləyən pensiyaçılar üçün ikiqat artım imkanı yaranır. Belə ki, əvvəlcə onların pensiyası 9,3 faiz indeksləşdirilir, daha sonra isə 6 illik iş müddəti tamam olanlar üçün əlavə yenidən hesablanma tətbiq edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar