Ru
09:00 / 25 Aprel 2026

Bu tərəvəz əsl möcüzədir!

Bu tərəvəz əsl möcüzədir!
Eye

Qulançar sağlam qidalanmada xüsusi yer tutan ən faydalı tərəvəzlərdən biri hesab olunur və bir çox xəstəliklərin profilaktikasında tövsiyə edilir.

Bakupost.az xəbər verir ki, bu tərəvəz A vitamini ilə zəngindir ki, gözlərin, dərinin və immun sisteminin qorunmasına kömək edir.

Eyni zamanda, tərkibində olan C vitamini kapilyarları möhkəmləndirir və kollagenin yaranmasında mühüm rol oynayır. Qulançar həmçinin sümüklərin inkişafı və qanın laxtalanması üçün vacib olan K vitamininin yaxşı mənbəyidir.

Onun tərkibindəki fol turşusu xüsusilə hamiləlik dövründə böyük əhəmiyyət daşıyır. Bu maddə qan hüceyrələrinin formalaşmasını dəstəkləyir və dölün sağlam inkişafına töhfə verir. Bundan əlavə, qulançarın diabet riskini azaltdığı da qeyd olunur.

Qulançarın digər mühüm faydalarından biri qaraciyərin qorunmasına kömək etməsidir. Müntəzəm istifadə alkoqolun qaraciyərə mənfi təsirlərini zəiflədə bilər. Bişmiş formada isə həzm sistemini tənzimləyir, mədə-bağırsaq problemlərində, o cümlədən xora zamanı faydalı təsir göstərir. O, həm də bağırsaqda faydalı bakteriyaların artımını stimullaşdıran təbii prebiyotikdir.

Diqqətçəkən məqam isə odur ki, qulançar bişirildikdə də qida dəyərini böyük ölçüdə saxlayır. Onu qaynatmaq, qızartmaq və ya buxarda bişirmək mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar