Ru
10:00 / 25 Aprel 2026

Qadınlar sevilmək üçün bu yola əl atırlar – “Gözəllik tələsi”ni kimlər yaradır?

Qadınlar sevilmək üçün bu yola əl atırlar –  “Gözəllik tələsi”ni kimlər yaradır?
Eye

Tanınmış müğənni Nura Suri sosial şəbəkədə qadınların üzləşdiyi ağır reallıqla bağlı diqqətçəkən paylaşım edib. O, müasir dövrdə bir çox xanımın sevilmək və qəbul olunmaq üçün gözəllik standartlarına uyğun görünməyə məcbur qaldığını bildirib.

Bakupost.az xəbər verir ki, sənətçi qeyd edib ki, baxımlı və “ideal” görünmək üçün qadınlar saç boyası, üz baxımı, kiprik qaynağı, qaş tatuajı, gel dırnaq, müxtəlif kosmetoloji prosedurlar, hətta plastik əməliyyatlara qədər böyük məbləğdə vəsait xərcləyirlər.

Nura Surinin fikrincə, bu, sadəcə şəxsi seçim deyil, cəmiyyətin qadına dolayı yolla diktə etdiyi yaşam strategiyasıdır:

“Bu dövrdə qadının gözəlliyi belə kapitala çevrilib. Onun görünüşü sosial valyutadır. O valyutanı qorumaq üçün isə pul lazımdır.”

Müğənni bildirib ki, problem təkcə qadınlarda deyil. Bu standartları yaradan, böyüdən və “ideal qadın obrazı” kimi təqdim edən də elə cəmiyyətin özüdür. Reklamlar, sosial şəbəkələr, filtrlər və vizual manipulyasiyalar nəticəsində kişilərin zövqünün də süni şəkildə formalaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, nəticədə qadın sevilmək və seçilmək üçün bu oyunun qaydalarına uyğunlaşmağa məcbur qalır.

Nura Suri paylaşımında daha sərt məqama da toxunub. O qeyd edib ki, bəzi xanımların imkanlı kişi ilə ailə qurmaq, sevgili və ya məşuqə olmaq istəyi də bəzən məhz bu iqtisadi və sosial reallığın nəticəsidir.

Sənətçi paylaşımını belə tamamlayıb:

“Bu sistemin qadınları necə bir seçim qarşısında qoyduğu açıq görünür. Kimdir günahkar, indi özünüz düşünün…”

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar