Ru
11:48 / 25 Aprel 2026

Yardımlıda ilk dəfə avtostansiya açıldı - FOTO

Yardımlıda ilk dəfə avtostansiya açıldı - FOTO
Eye

Yardımlı rayonunda ilk dəfə avtostansiya istifadəyə verilib.

Bakupost.az xəbər verir ki, açılış mərasimi aprelin 13-də baş tutub. Bu, rayon sakinləri üçün uzun illər gözlənilən mühüm hadisə kimi qiymətləndirilir.

Məlumata görə, yeni avtostansiyadan həm rayondaxili, həm də şəhərlərarası sərnişin daşımaları həyata keçiriləcək. Bakı, Sumqayıt, Şirvan, Gəncə və Lənkəran istiqamətlərinə marşrutların fəaliyyət göstərəcəyi bildirilir. Eyni zamanda rayon daxilində mini avtobuslar da sakinlərin xidmətində olacaq.

Qeyd olunub ki, avtostansiyanın Yardımlıda yaradılmasına AYNA rəhbərliyinin, xüsusilə qurumun sədri Anar Rzayevin dəstəyi böyük rol oynayıb. Həmçinin Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin də layihəyə töhfə verdiyi vurğulanıb.

Yeni avtostansiyada sərnişinlərin rahatlığı üçün bir sıra xidmət sahələri yaradılıb. Burada mühafizə otağı, həkim otağı, ofis, avtoyuma məntəqəsi, avtobusların texniki baxış sahəsi, kafe, əl yüklərinin saxlanma bölməsi, sürücülərin istirahət otağı, bilet kassası, gözləmə zalı, 3 perron, taksi dayanacağı və sanitar qovşaqlar fəaliyyət göstərəcək.

Avtostansiya Şəhidlər Xiyabanı yaxınlığında inşa olunub. Açılışdan əvvəl şəhidlərin xatirəsi yad edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra lentkəsmə mərasimi keçirilib. Tədbirdə şəhid ataları, rayon ağsaqqalları, qazilər və ziyalılar iştirak ediblər.

Yardımlıda ilk avtosransiyanın açılması rayonun nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, bölgənin sosial-iqtisadi həyatına da müsbət təsir göstərəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar