Bu türk ölkəsi Ermənistandan idxalı iki dəfə azaltdıQazaxıstan il ərzində idxalını 4,4 milyard dollar artırıb, ixracını 2,6 milyard dollar azaldıb və ticarət profisitinin üçdə birini itirib.
Bakupost.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.
Ən əhəmiyyətli azalma Rusiya bazarında baş verib: Rusiyaya ixrac 9,551,9 milyon dollardan 8,141,5 milyon dollara düşüb. Bu, il ərzində təxminən 1,41 milyard dollar azalma deməkdir.
Eyni zamanda, Belarusa ixrac 171,3 milyon dollardan 271,2 milyon dollara, Qırğızıstana 1,285,8 milyon dollardan 1,662,2 milyon dollara və Ermənistana 36,3 milyon dollardan 49 milyon dollara yüksəlib.
Eyni zamanda, Rusiyadan idxal 18,583,7 milyon dollardan 19,231,3 milyon dollara yüksəlib. Belarusdan idxal 23,2%, Qırğızıstandan isə 17,1% artıb.
Azalma yalnız Ermənistanda qeydə alınıb, bu ölkədən idxal yarıdan çox azalıb.
Asena,
BakuPost