Ru
09:29 / 24 Yanvar 2026

“Bu yol bizi qıracaq” – Mehdiabadlılar şikayət edir – VİDEO

“Bu yol bizi qıracaq” – Mehdiabadlılar şikayət edir – VİDEO
Eye

Ərazdəki piyada zolağı demək olar ki, silinib... Həmçinin, yolun bir tərəfində piyada keçidini bildirən nişan var, digər tərəfdə yox...

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Abşeronun Mehdiabad qəsəbəsindən, Binəqədi-Novxanı şossesindəndir. Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, zolaq silindiyində sürücülər piyadalara yol vermirlər. Hətta avtomobillərin sürət həddini aşdığı da iddia edilir.

Sakinlər bildiriblər ki, sözügedən səbəblərdən hətta bu yolda tez-tez piyadanın ölümü və ağır xəsarətlə nəticələnən qəzalar da baş verir.

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, məsələdən xəbərdardırlar. Əraziyə baxış keçirilib, çatışmazlıqlar aradan qaldırılacaq.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirildi ki, qeyd olunan əraziyə baxış keçirildikdən sonra nizamlama vasitəsi qismində işıqfor quraşdırılması məsələsinə baxılacaq. Eləcə də sözügedən ərazidə Dövlət Yol Polisinin əməkdaşları hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə dislakasiya üzrə mütəmadi xidmət təşkil edirlər.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar