Ru
09:18 / 24 Yanvar 2026

Jalə Əhmədovaya vəzifə verildi

Jalə Əhmədovaya vəzifə verildi
Eye

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı yaradılmışdır.


Bakupost.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, dövlət himnimizin çıxışı ilə başlayan tədbirə giriş sözü açan ASF prezidenti Zaur Əliyev ilin yekunlarından və federasiyanın prioritetlərindən bəhs edib.

Sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək federasiyanın fəaliyyətini təqdirəlayiq qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.


ASF-nin baş katibi Oqtay Atayev gündəlikdə duran, federasiyanın 2025-ci il ərzində fəaliyyəti, görülmüş işlər haqqında hesabat təqdim edib. Daha sonra səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub. Həmçinin səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.

Hazırda federasiyanın 4 vitse-prezidenti var - Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova. Bundan başqa, İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov da təmsil olunurlar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar