İranda 2026-cı ilin yanvar ayında hökumət əleyhinə kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin yüksək binaların damlarına yerləşdirdiklərin insanlara canlı atəş açdığı ilə bağlı məlumatlar vermişdik.
Bakupost.az xəbər verir ki, bu cür atəş nəticəsində çoxsaylı dinc etirazçı hədəf alınıb. Bu faktı təsdiqləyən müxtəlif video görüntülər sosial mediada və müstəqil hüquq müdafiə təşkilatlarının hesabatlarında əks olunub.
Bir neçə sosial media video görüntüsü “Amnesty International” və digər insan hüquqları təşkilatları tərəfindən analiz olunub və snayperlərin damlardan protestçilərə atəş açdığı bildirilir. İştirakçılar və müstəqil müşahidəçilər iddia edirlər ki, atəş nəticəsində çoxsaylı dinc nümayişçilər yaralanıb və ölüb. Bu görüntülərdə tüfənglərin damlardan açıldığı görünür.
Hazırda bu görüntülər sosial media platformalarında dolaşır. Həmin videolardan birində snayperlərin narkotik çəkdiyi də görünür.
Cavid, BakuPost