Ru
11:38 / 24 Yanvar 2026

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı
Eye

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şühhəli bilinən Ağayev Yusif Mərdan oğlu saxlanılıb.

Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar