Bakının Səbail rayonu ərazisində yerləşən “Passage 145” restoranında başqa müştərinin pulunu oğurlayan Ələzair vətəndaşı Boukhobza Abderrahmane məhkəmə qarşısına çıxarılıb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, B.Abderrahmane “Passage 145” adlı restoranda olarkən, həmin vaxt nahar etməyə gələn müştərinin gödəkçəsinin iç cibində olan pul kisəsini oğurlayıb. Nəticədə o, zərərçəkmiş şəxsin 2500 manatını talayıb.
Oğurluq hadisəsisinin üstü zərərçəkmişin özünə məxsus pul qabını axtarmasından sonra açılıb. Restoranın müşahidə kameralarına baxdıqdan sonra Abderrahmanenin cinayət əməli ifşa olunub. O, hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə müraciət edib və nəticədə cinayətkar saxlanılıb.
Qeyd edək ki, zərərçəkmiş şəxs də Ərəb ölkələrindən Azərbaycana gələn turist olub.