Ru
12:20 / 24 Yanvar 2026

İran ABŞ‑yə cavab verdi – “Müharibə hesab olunacaq”

İran ABŞ‑yə cavab verdi – “Müharibə hesab olunacaq”
Eye

İran rəsmiləri ABŞ‑nin hərbi təzyiqlərinə qarşı sərt reaksiya verərək bildirib ki, istənilən ABŞ hücumu tammiqyaslı müharibə kimi qəbul ediləcək və buna qarşı ən sərt cavab veriləcək.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, İranın yüksək vəzifəli nümayəndəsi açıqlamasında, ABŞ‑ın bölgəyə göndərdiyi hərbi qüvvələrə baxmayaraq Tehran sülhə ümid etdiyini söyləsə də, ordusunun ən pis ssenarilərə hazır olduğunu vurğulayıb.

Rəsmi bəyanatda həmçinin qeyd olunub ki, İran hər hansı bir xarici gücün suverenliyinə və ərazi bütövlüyünə hörmət etmədiyi təqdirdə, buna qarşı güclü hərbi‑siyasi addımlar atmağa hazırdır.

Bu bəyanatdan əvvəl ABŞ Prezidenti Donald Tramp bölgəyə aviasiya gəmisi qrupunu (“armada”) göndərdiyini açıqlamışdı.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar