Ru
20:00 / 08 Sentyabr 2021

Büdcə layihələri nə vaxta hazır olacaq?

Büdcə layihələri nə vaxta hazır olacaq?
Eye

"Büdcə sistemi haqqında” qanuna əsasən, dövlət və icmal büdcələrinin layihələri, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə prezidentinə təqdim ediləcək.

Bakupost.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib.

"Növbəti addım olaraq, "2022-ci il üzrə dövlət büdcəsi haqqında" qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim ediləcək", - M.Piriyev qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar