Ru
16:13 / 12 Dekabr 2025

Büdcədən 5 milyon ayrılıb, amma təmir getmir - İncəsənət Gimnaziyasında qalmaqal

Büdcədən 5 milyon ayrılıb, amma təmir getmir - İncəsənət Gimnaziyasında qalmaqal
Eye

Milli Konservatoriyanın nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası iki ildir ki, təmirə bağlanıb. Təhsil ocağında tikinti işlərinin uzanması valideynlərin narazılığına səbəb olub.

Bakupost.az XəzərXəbər-ə istinadla bildirir ki, gimnaziyanın qarşısında 100-ə yaxın valideyn toplaşaraq etirazlarını bildiriblər.
Valideynlərin sözlərinə görə, övladları təmir səbəbindən ötən ildən 189 və 190 nömrəli məktəblərə köçürülüb. Həmin təhsil ocaqlarında yer çatışmazlığı olduğundan əsas ixtisas fənlərinin bir qismi onlayn tədris olunur.

“189 nömrəli məktəbə göndərdilər ki, guya bir ilə açılacaq. Nazirlikdən də cavab gəlib ki, təmir üçün büdcədən 5 milyon manat ayrılıb. Amma bu pul hara gedir, təmir niyə aparılmır? Buradan keçəndə də 2-3 usta yalandan “tak-tak”edir”.

Ətraflı videoda...



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar