Ru
16:52 / 26 İyun 2019

– Səmimiyyət bolluğu bazarından FOTOREPORTAJ Burada insan ötən əsrə qayıdır...

12226
Məşhur 90-lar deyimi var. Kimisi bu illəri xoş xatirələrlə, kimisi isə müharibə illəri və çətinliklə dolu xatırlayır. Lakin onların hamısı həmin illərin səmimiyyəti, doğmalığı üçün darıxır. Qonşu münasibətləri, yaşayan adət-ənənələr, şad günlərdə səmimi qəlbdən sevinib, kədərli anlarda dərdlərə  şərik olduğumuz o illər...

 Hətta məşhur atalar sözümüz vardı: "Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”.  Zaman keçdikcə şəhərlərdə və kəndlərdə başlayan köç, insanları bir-birindən xeyli uzaqlaşdırmağı bacardı. Artıq həmin səhnələri ancaq o illərin filmlərindən izləyə bilərik deyə? düşündüyüm anda, Lənkəran səfəri zamanı özümü bir anlıq o illərdə hiss etdim. 

İnsanların isti münasibəti, bazar və mağazalarda ucuzluq, şən atmosferdən müsbət enerji aldım. Təsəvvür edin, bir nəfərə yaxınlaşıb sual verirsiniz, o şəxs əgər özü cavabı bilmirsə, bütün ərazini gəzib cavabı bilən şəxsi tapıb sualınızın cavablandırılacağı ana kimi yanınızda olur. Ola bilər, düşünürsünüz ki, yəqin, bir nəfər kim imişsə yaxşı insanla qarşılaşmışam. Xeyr, orada olduğum üç gün ərzində kimə yaxınlaşdımsa bu cür xoş münasibət gördüm. 

Lənkəranda insanların ən sıx olduğu yer var ki, bura Lənkəran bazarıdır. Çünki onlar buradan həm bazarlıq edir, həm də istədikləri yerə rahatlıqla gedə bilirlər; Lənkəranın bütün kənd marşrutları buradan başlayıb, burada bitir. Həmin bazarda gördüklərimin bir hissəsini sizin üçün çəkmişəm.


Azər Kazımov

BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər