Ru
17:58 / 01 May 2021

Burak Yılmaz “Fənərbaxça” ilə anlaşdı

1420
“Lill” klubunun hücumçusu Burak Yılmaz gələn mövsümdən yenidən vətəni Türkiyədə çıxış edəcək.

Bakupost.az -ın məlumatına görə, bu iddia ilə yerli mətbuat çıxış edib.

Bildirilib ki, “Lill”də möhtəşəm mövsüm keçirən 35 yaşlı forvard yayda Fransanı birdəfəlik tərk edəcək. Buna səbəb kimi, Burakın “Fənərbaxça” ilə anlaşması göstərilib. Komandası ilə Fransa çempionluğuna yaxın olan Türkiyə millisinin üzvünün daha yüksək məvacib təklifi edən sabiq klubu “Fənərbaxça” ilə ortaq məxrəcə gəldiyi vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Liqa1-də 12 qola imza atan Burak Yılmazın “Lill” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. O, 2008-09-cu illərdə “Fənərbaxça”nın formasını geyinib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər