Ru
21:20 / 12 Noyabr 2025

"C-130"da şəhid olan baş gizirdən qəza öncəsi ilginc paylaşım... - FOTO

"C-130"da şəhid olan baş gizirdən qəza öncəsi ilginc paylaşım... - FOTO
Eye

"C-130" qəzasında şəhid olan baş gizir Ramazan Yağızın təyyarəyə minməzdən əvvəl Azərbaycanda etdiyi paylaşım diqqət çəkib.

Bakupost.az xəbər verir ki, çavuş uçuşdan öncə üç il əvvəl eyni gün şəhid olan kəndlisi və uşaqlıq dostu, piyada baş giziri Emre Sevinçin fotosunu sosial media hesabında paylaşıb.

"Təəssüf ki, üç il sonra, ayın 11-də daha bir şəhidimizi itirdik. Dərin kədər içindəyik. Qardaşımız yetim böyüdü. Allah ona gözəl bir axirət nəsib etsin. Təyyarəyə minməzdən əvvəl üç il öncə "Pəncə Kilidi" əməliyyatında şəhid olan Emre Sevinçin xatirəsini yad etmək üçün bir paylaşım etmişdi. Saatlar sonra onun da təyyarə qəzasında şəhid olduğunu eşitdik. İki övladı var idi", - deyə kənd muxtarı açıqlayıb.

Qeyd edək ki, şəhidin illər əvvəl kök hüceyrə donoru olduğu və xərçəng xəstəsi bir şəxsin həyatını xilas etdiyi məlum olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar