Ru
08:02 / 28 Fevral 2021

Cahangir Əsgərov işçilərin maaşını vermir - AZAL-a qarşı kampaniya başladı

6623

“AZAL-ın işçiləri yazırlar ki, 2 aydır maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.


Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.


Bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb: “AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.


İqtisadçı hamını bu vəziyyətə etraz etməyə səsləyib, "AZAL-ın monopoliyasına son!", "Həqiqi rəqabət mühiti üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti AZAL-dan alınsın!", "Rəqabətli mühit, ucuz biletlər istəyirik” kampaniyasına qoşulmağa çağırıb.

Şərhlər
  • Aytac Abbasova

    REQABETLİ MÜHİT UCUZ BİLETLER İSTEYİRİK

  • Cavid Əliyev

    Cahangir Esgerov Ermenidir ve Azerbaycan xalqına düşmendir.

  • Arzu memmedova

    Salam bizz maskva lelinqirad bileti tapa bilmirik marta aprele bizim xaysimiz res aca bilerler eleve martin axirina resler acilsa munasib qiymete yaxsi olardi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər