Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlı yeni məlumat yayıb.
Bakupost.az xəbər verir ki, jurnalist İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddiası əsasında Cavanşir Feyziyevin dondurulmuş əmlakları ilə bağlı məhkəmə qərarını əldə etdiyini bildirib.
C.Həsənlinin sözlərinə görə, qərarda yalnız Londonda “dondurulan” 22 əmlakdan bəhs olunmur. Məlum olur ki, deputatın Lixtenşteyndə yerləşən LGT bankındakı hesabında olan vəsait də bloklanıb.
Jurnalist iddia edir ki, söhbət bir neçə milyon İsveçrə frankından gedir.
Onun paylaşımında qeyd olunur ki, həmin bank hesabı hər hansı şirkətin və ya başqa şəxsin adına deyil, şəxsən Cavanşir Feyziyevin adınadır.
Qeyd edək ki, bundan əvvəl də Cavanşir Feyziyevin Londondakı bir sıra əmlaklarının dondurulması ilə bağlı məlumatlar yayılmışdı.
Elnur, BakuPost
Qalib Prezidentimiz, 33 il hərbi işğala buraxdığımız mərkəzi Qarabağımızı (gizli?) separatizmdən Beynəlxalq ictimai-siyasi, hərbi dəstəklə deyil, özəl-demokratca Qəhrəman ordumuzla azad etdi! Dünyəvi *Forbes* özəl milyoner, milyarder sahibləri də dövlətlər kimi öz varidatların uyğun sıralayır! Biz nədən, imkanlarımızı və heç olmazsa, bizlərə ünvanlanan iradları ödəyə bilməsək də, nədən aşkarlamır, daha geniş həll-mülahizəsi üçün tam açıqlamayaq? Hər hansı təzyiq, təpki, təhdid, tənqid, irad və rəsmi iddianı belə *vergül*, *noqtəsi*nə qədər dəqiq bilmədən nəinki həllinə dəstək, mülahizəsi belə doğru-dürüstdən tərsinə yönələ bilər? Avropa Parlamentin əslində ümumən ünvansız 14 bəndlik əsasız iradları nədən ibarətdir? Əlbəttə ki, on bir min günahsız azərbaycanlının hərbi genosidini anti-konstitusion terrorbaşları ilə mühakimə etmədən, daha dörd min nəfərin itməsinə, eləcə də əski DQMV üzərində hökumət vertolyotunun vurulma cinayətini mühakimə etmədən iki respublika arasındakı miqrasiya status-kvosunun müzakirəsi aydın və mümkün görünmür?