Ru
22:52 / 01 Noyabr 2021

Cavid İsmayıla və Yəhya Babanlıya vəzifə verildi

31948
Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Bakupost.az xəbər verir ki, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.


Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.


Qeyd edək ki, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl bundan əvvəl APA.TV-nin rəhbəri vəzifəsində çalışıb.


Tarix üzrə fəlsəfə doktoru, Beynəlxalq münasibətlər üzrə ekspert Yəhya Babanlı isə bir müddət Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.


E.Mirzəyev
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər