Ru
17:36 / 06 May 2026

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi

Çavuşoğlunun qardaşı güllələndi, Bayramov zəng etdi
Eye

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluna qardaşına edilən hücumla bağlı zəng edib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

"Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım. Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!", - deyə o qeyd edib.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar