Ru
00:00 / 08 Oktyabr 2020

Cəbhə xülasəsi: Azərbaycan bayrağı Qarabağda

24262
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” 10 gündür davam edən müharibənin oktyabrın 7-nə olan xülasəsini təqdim edir:

Azərbaycan Müdafiə Nazirliyi gecə boyu cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.

Saat 10 radələrində Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində tam üstünlüyü ələ keçirib.

Həmçinin işğaldan azad olunmuş Şükürbəyli kəndindən yeni videogörüntülər yayımlanıb:

Saat 10:20 radələrində Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini atəşə tutub.

Saat 12 radələrində Azərbaycan Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilməsinin növbəti videogörüntüsünü yayımlayıb:

Günorta saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhənin müxtəlif istiqamətlərində düşmənin dayaq nöqtələrinin ələ keçirildiyini açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndinin görüntülərini yayıb:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında qanunu imzalayıb. "Sənədə əsasən, Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılıb.

Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub. Eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Saat 15 radələrində Ermənistan silahlı qüvvələri Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini atəşə tutub.

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetiririlib, 143 nəfəri isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.

Axşam saatlarında Azərbaycan bayrağının Cəbrayıl rayonunun mərkəzində dalğalandığı görüntüləri yayılıb:

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun azad etdiyi və artıq ölkəmizin üçrəngli bayrağının dalğalandığı Suqovuşan ərazisinin “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.

Təsviri “Azərkosmos” ASC yayıb:
Oktyabrın 7-si saat 22:00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı dərhal məhv edilib.

Digər PUA isə Oğuz rayonunda məhv edilib. Ordumuz rayonun Xaçmaz kəndinin üstündə uçan düşmən PUA-sını vurub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər