Ru
00:00 / 24 Oktyabr 2020

Cəbhə xülasəsi: Qubadlıdan xəbər var

8003
Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” müharibənin oktyabrın 23-nə olan xülasəsini təqdim edir:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə oktyabrın 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli və Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı, Alaqurşaq kəndlərini işğaldan tam azad edildiyini açıqlayıb.
Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur.

Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Qarabağda məhv edilib.
Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb. Həmin görüntülərdə küçələrdə bir nəfər də belə olsa insan gözə dəymir. Ermənilər şəhəri tərk edib.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 156-dir.

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl rayonunun Minbaşılı kəndindən görüntülər yayıb.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edib. XİN rəhbərinin Vaşinqtonda Dövlət Katibi Mayk Pompeo ilə görüşü keçirilib.

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyini açıqlayıb.

“Associated Press” Xankəndidə ermənilərin Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını izləyərkən şəklini çəkib. Həmin şəkilə isə bu sözlər yazılıb:

“Ermənilər Xankəndidəki sığınacaqda Azərbaycan Prezidenti İlham Əliyevin televiziyada çıxışını izləyirlər".
Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq.
Müdafiə Nazirliyi aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsinin məhv edilməsi ilə bağlı videogörüntülər yayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər