Ru
09:06 / 05 Avqust 2025

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar - FOTO

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar - FOTO
Eye

Konsert proqramı ilə çıxış etmək üçün İstanbula gedən məşhur ifaçı Cennifer Lopes şəhərdə mağazaların birinin içərisinə buraxılmayıb.

Bakupost.az bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.

O, cangüdənlərinin müşayiəti ilə çıxdığı alış-verişdə "Chanel" mağazasına daxil olmaq istəyib. Lakin müğənni gözlənilməz vəziyyətlə qarşılaşıb.

Mağazanın təhlükəsizlik işçisi onun Cennifer Lopes olduğunu bilməyərək, "yer yoxdur" deyərək içəri buraxmayıb.

İfaçı mübahisə etmədən "problem deyil" deyərək oradan uzaqlaşıb. Sonradan onun Cennifer Lopes olduğunu öyrənən təhlükəsizlik işçisi üzr istəyib. Amma pop ulduz onun mağazaya dəvət təklifini qəbul etməyib.

Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar - FOTO
Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar - FOTO
Cennifer Lopesi İstanbulda mağazaya buraxmadılar - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar