Ru
09:30 / 05 Avqust 2025

Qonşusunu öldürən kişi: "Yadplanetli" idi...

Qonşusunu öldürən kişi: "Yadplanetli" idi...
Eye

ABŞ-nin Minnesota ştatında yaşayan kişi 70 yaşlı qonşusunu yadplanetli hesab edərək onu güllələyib.

Bakupost.az -ın "CBS News"a istinadən məlumatına görə, faciəli hadisə Uindom şəhərində baş verib.

Hadisə yerinə gələn polis əməkdaşları çoxsaylı güllə yarası almış yaşlı qadını aşkar ediblər. Zərərçəkmiş ona atəş açanın qonşusu olduğunu bildirməyə macal tapıb. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Tibb işçiləri onun bədənində yeddi güllə yarası müəyyən ediblər.

Daha sonra polisi çağıran şahid bildirib ki, şübhəli şəxs cinayətdən əvvəl ona yadplanetlilər haqqında danışırmış. O, qonşusunun yadplanetli olduğuna və tezliklə onun ardınca kosmik gəminin gələcəyinə əmin imiş.

Bundan sonra kişi yaşlı qadının evinə zorla daxil olaraq ona atəş açıb.

Şübhəli şəxs həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar